Ozan Canlı “Eyndhoven” yenə böyük hesabla uduzdu

Futbol üzrə Niderland birinci divizionunda 21-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Villem II” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 0:3 hesabıyla uduzub.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Eyndhoven” hazırda 39 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right