“Kəpəz”dən Şimali Makedoniya klubuna

“Sabah” və “Kəpəz” klublarının sabiq hücumçusu Mixeil Erqemlidze karyerasını Şimalı Makedoniyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı forvard “Pandev Akademiyası” klubuna keçib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Qış fasiləsində “Kəpəz”dən ayrılan Erqemlidze Şimalı Makedoniya təmsilçisi ilə 1.5 illik müqavilə imzalayıb.

Gürcüstanlı futbolçu “Sabah” və “Kəpəz”dən başqa, Tiflis “Dinamo”su, “Çixura” və “Adana Dəmirspor”un da uğurları üçün çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right