İspaniya "Real"ı bu səhərə yaxın baş verən güclü zəlzələ səbəbindən həyatını itirənlərə görə Türkiyəyə başsağlığı verib.
Newsport.az-ın məlumatına görə, bu barədə Madrid təmsilçisinin rəsmi saytında bildirilib.
Klub prezidentinin, İdarə Heyətinin üzvlərinin təbii fəlakətlə bağlı narahatlıq və həmrəylik nümayiş etdirdiyi qeyd olunub. "Real" vəfat edənlərin yaxınlarına səbr diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.
Xatırladaq ki, bu səhər Türkiyənin bir neçə şəhərində bir neçə şəhərində 7,7 bal gücündə zəlzələ baş verib. Bu saata olan rəsmi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 912-yə, yaralıların sayı 5385 nəfərə çatıb.