Qardaş Türkiyədə bu səhərə yaxın baş verən güclü zəlzələnin dağıntıları altında qalanlar arasında "Hatayspor" klubunun nümayəndələri və futbolçuları da var.
Newsport.az xəbər verir ki, komandanın 2 futbolçusu - Burak Öksüz və Bertuğ Yıldırım, texniki heyət nümayəndələri Ekrem Ekşioğlu ,Osman Ateş, məşqçi Gökhan Kağıtçıoğlu dağıntılar altından çıxarılıb. Digər futbolçu Kerim Alıcı özü dağıntılar altından çıxa bilib.
"Hatayspor"un idman direktoru Taner Savut və futbolçusu Kristian Atsu isə hələ də dağıntılar altındadır. Hər iki şəxsin axtarışları davam etdirlir.
Xatırladaq ki, bu səhər Türkiyənin bir neçə şəhərində bir neçə şəhərində 7,7 bal gücündə zəlzələ baş verib. Bu saata olan rəsmi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 912-yə, yaralıların sayı 5385 nəfərə çatıb.