Türkiyədə bütün idman tədbirləri dayandırıldı

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar ölkədə bütün daxili idman tədbirləri dayandırılıb.

 

Newsport.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Mehmet Kasapoğlu məlumat verib. Onun sözlərinə görə, ölkədəki bütün idman tədbirləri ikinci xəbərdarlığa qədər keçirilməyəcək.

 

Qeyd edək ki, bu gün Türkiyənin bir neçə şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, 284 nəfər həlak olub, 2323 nəfər xəsarət alıb. Zəlzələ nəticəsində 1700-dən çox bina uçub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right