Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, mərkəzi matç "Qalatasaray" və "Trabzonspor" arasında baş tutub. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 54-ə yüksəldən "Qalatasaray" liderliyini davam etdirir. "Trabzonspor" isə 38 xalla 6-cı yerdədir.