"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" Belçika çempionatında 24-cü tur oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, komanda evdə lider "Genk"lə qarşılaşıb. Oyunda hesabı "Gent" açsa da, "Genk" sonda 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Genk" turnir cədvəlində 62 xalla 1-ci, "Gent" isə 38 xalla 5-cidir.
Əlavə edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə keçiriləcək
Belçika çempionatı, 24-cü tur
21:30. "Gent" - "Genk" - 2:3
Qollar: Xonq, 9, Depiotr, 88 - Peintsil, 23, Sor, 67, Arokodare, 86