İtaliyanın “Benevento” klubunun baş məşqçisi Fabio Kannavaro ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə B seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə istefaya göndərilib.
Qeyd edək ki, Kannavaro 2022-ci ilin sentyabrında "Benevento"ya baş məşqçi təyin edilmişdi. "Sarı qırmızılar" 23 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.