Sabiq "Barselona"lı La Liqada klubunu dəyişdi

İspaniyanın "Espanyol" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi "Selta"dan Denis Suaresi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi icarə əsasında "Espanyol"da çıxış edəcək.

Qeyd edək ki, Denis Suares "Selta"ya 2019-cu ilin yayında "Barselona"dan transfer olunub. İspan futbolçu Viqo təmsilçisinin heyətində meydana çıxdığı 105 matçda 5 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right