Türkiyə Super Liqasında baş məşqçi istefası

Türkiyə Super Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.

Newsport.az xəbər verir ki, "Ankaragücü"nü çalışdıran Ömer Erdoğan postunu tərk edib. 45 yaşlı mütəxəssis qərarını Super Liqanın 22-ci turunun "Fatih Karagümrük"lə matçından (0:2) sonra keçirilən mətbuat konfransında açıqlayıb.

Qeyd edək ki, Ömer Erdoğan ötən ilin 29 avqust tarixində "Ankaragücü"nün baş məşqçisi təyin olunmuşdu. Paytaxt təmsilçisi Super liqada 22 turdan sonra 22 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right