"Nyukasl" qış "transfer pəncərəsi"ndə "Napoli"nin hücumçusu Viktor Osimheni heyətinə qatmaq istəyib.
Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi hücumçu üçün 100 milyon avro ödəməyə hazır olsa da, neapollular bu təklifi rədd edib.
Neapol klubu mövsümün sonunda həmin təklifi gözdən keçirə bilər.
24 yaşlı forvard “Volfsburq”, “Şarlerua”, “Lill” klublarında oynadıqdan sonra 2020-ci ildə “Napoli”yə keçib.