Ozan Canlı “Eyndhoven” böyük hesabla uduzdu

Futbol üzrə Niderland birinci divizionunda 23-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dordrext”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 0:4 hesabıyla uduzub.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Millimizin üzvü 55-ci dəqiqədə sarı vərəqə də alıb.

“Eyndhoven” hazırda 39 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right