"O, möhtəşəm məşqçidir, futbol haqda hər şeyi bilir"

"Arsenal"ın müdafiəçisi Takehiro Tomiyasu komandanın baş məşqçisi Mikel Arteta haqqında heyranlıqla danışıb.

Newsport.az xəbər verir ki, “goal.com”a danışan yaponiyalı futbolçu ispaniyalını karyerasının ən yaxşı məşqçisi adlandırıb:

"Arteta futbol haqda tamamilə hər şeyi bilir. Bizim işimiz meydanda onun tapşırıqlarını həyata keçirməkdir. Baş məşqçiyə tam güvənirəm. Arteta möhtəşəm məşqçidir, karyeramın ən yaxşısıdır".

​24 yaşlı mütəxəssis "Avispa Fukuoka", "Sent-Trüden", "Bolonya"da oynadıqdan sonra 2021-ci ildə "Arsenal"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right