Müller tarixi rekordu təkrarladı

“Bayern” Almaniya kubokunun 1/8 finalında “Maynts”ı 4:0 hesabıyla məğlub edib.

Newsport.az xəbər verir ki, bu oyun Münhen təmsilçisinin hücumçusu Tomas Müller üçün əlamətdar olub.

33 yaşlı almaniyalı futbolçu turnir tarixində hamıdan çox – 53-cü dəfə qələbə qazanıb. O, “Verder”in sabiq yarımmüdafiəçisi Mirko Votavunu qabaqlayıb.

Tomas Müller həm də Almaniya kubokunda iştirak etdiyi oyunların sayına görə (63) Münhen klubunun sabiq qapıçısı Zepp Mayerin rekordunu təkrarlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right