Fransa millisinin hücumçusu "Milan"da qalacaq

"Milan" gələn həftə Olivye Jiru ilə müqavilə müddətini artıra bilər.

Newsport.az "Sky Sport"a istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi fransalını komandada saxlamaq istəyir.

Belə ki, "rossonyerlər" Jiru ilə müqavilə müddətini daha bir sezon artırmaq niyyətindədir. 

36 yaşlı forvard 2021-ci ildən “Milan”da çıxış edir.

​O, əvvəllər “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal” və “Çelsi” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right