Tarixi rekord təkrarlandı

“Kremoneze” İtaliya kubokunun 1/4 finalında “Roma”nı 2:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib

Newsport.az xəbər verir ki, sözügedən klub 18 ildən sonra ilk dəfə İtaliya B Seriyasından A Seriyasına yüksələn və ölkə kubokunun yarımfinalına vəsiqə qazanan komanda olub.

Daha öncə bunu 2004/05 mövsümündə “Kalyari” bacarıb. Yarımfinalda onlar “İnter”ə uduzaraq (2:4) mübarizəni dayandırıblar.

“Kremoneze” tarixində ikinci dəfə, 1987-ci ildən bəri isə ilk dəfə İtaliya kubokunun yarımfinal mərhələsinə çıxmaqla, rekordunu təkrarlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right