Mbappe və Ramos zədələndi

PSJ-nin futbolçuları Serxio Ramos və Kilian Mbappe zədələniblər.

Newsport.az "L`Equipe"a istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi və 24 yaşlı hücumçu ötən gecə Liqa 1-in 21-ci turunda "Monpelye" ilə matçda (3:1) sıradan çıxıblar. Hər iki futbolçu birinci hissədə əvəzlənib. 

Bildirilir ki, Ramos ayaq əzələsini zədələyib. Komandanın baş məşqçisi Kristof Qaltyenin açıqlamasına görə isə Mbappe dizindən zərbə aldıb.

Hər iki oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil. Onların durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Ramos və Mbappenin fevralın 14-də Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə görüşü buraxması ehtimalı da var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right