“Yokohama” (Yaponiya) 55 yaşlı hücumçu Kazu Miuranı icarəyə verib.
Newsport.az-ın məlumatına görə, yaponiyalı futbolçu bu mövsümün sonuna qədər Portuqaliyanın ikinci liqasında çıxış edən “Oliveyrense”yə icarəyə verilib. Bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, Miura Avropada sonuncu dəfə 1999-cu ildə "Dinamo"da (Zaqreb) çıxış etmişdi.