Markus Reşford ən yaxşı seçildi

İngiltərənin "Mançester Yunayted" klubunda yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, başa çatan ayın ən yaxşısı adına Markus Reşford layiq görülüb. İngiltərə millisinin üzvü azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb. 25 yaşlı hücumçu ardıcıl üçüncü dəfə ayın oyunçusu seçilib.

Qeyd edək ki, Markus Reşford yanvar ayı ərzində "Mançester yunayted"in heyətində meydana çıxdığı 6 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right