Konte əməliyyat olunacaq

“Tottenhem”in baş məşqçisi Antoni Kontenin səhhətində problem aşkarlanıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kəskin ağrılardan sonra həkimə müraciət edən italiyalı mütəxəssisə xolesistit diaqnozu qoyulub. Onun öd kisəsi çıxarılmalıdır. Konte bu gün əməliyyat olunacaq. 

Baş məşqçi bu səbəbdən fevralın 5-də Premyer Liqanın 22-ci turunda "Mançester Siti" ilə keçiriləcək oyunda komandasının yanında olmaya bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right