"Mançester Siti"nin sabiq forvardı Türkiyə klubunda

Türkiyənin Superliqasının təmsilçisi "Ümraniyəspor" klubu daha bir transfer edib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Nigeriya millisinin və “Şaxtyor”da (Donetsk) oynamış Olarenvaju Kayode ilə anlaşıb.

29 yaşlı forvard bu mövsümün sonuna kimi icarə əsasında "Ümraniyəspor"da çıxış edəcək.

Kayode daha öncə "Qaziantep” və “Sivasspor” klublarında oynayıb. “Şaxtyor”a 2018-ci ildə “Mançester Siti”dən transfer olunmuş nigeriyalı forvard “Jirona”, “Austria” (Vyana), “Makkabi” (Netanya), “Lutsern”, “Mimosas” komandalarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right