Azərbaycan futbolçusu Elgün Nəbiyev Polşanın “Limanoviya” klubundan ayrılıb.
Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Polşanın 4-cü liqasında çıxış edən klub təcrübəli vingerin çıxışından razı olsa da, maliyyə problemlərinə görə bu addımı atıb.
Qeyd edək ki, ötən mövsümün əvvəlindən "Limanoviya"da çıxış edən E.Nəbiyev “Zirə”, “Səbail” və “Sabah”da da oynayıb.