“Həm Türkiyə, həm də “Qarabağ” variantı var”

"Bayer"in qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov rusiyalı qolkiperin "Qarabağ"a mümkün keçidi haqda danışıb.

Newsport.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bildirib ki, qərar fevralın 8-9-na qədər veriləcək:

"Lunyovun klubu ilə müqaviləsi var və hələ ki, qalır. Fiziki durumu imkan versə, qış transfer pəncərəsində gedə bilər. Söhbət ilk növbədə Türkiyədən gedir. “Qarabağ” variantı da var. Bundan əvvəl "Bayer" Andreyi buraxmadı. Mikrotravma olandan sonra klub başqa qapıçı götürdü və vəziyyət dəyişdi.

Lunyovun konkret klub istəyi yoxdur. Oynamaq istəyi var. Türkiyə çempionatı Azərbaycan çempionatından güclüdür. Amma "Qarabağ" avrokuboklar baxımından daha perspektivli variantdır. Ən ciddi təklif də Azərbaycan klubundandır. "Bayer"ə konkret təklif göndərdilər. Fevralın 8-9-na kimi hər şey həll olunacaq. Ya qalacaq, ya da başqa kluba keçəcək".

Qeyd edək ki, Moskva "Torpedo"sunun yetirməsi olan Andre Lunyov ölkəsində "İstra", "Kaluqa", "Saturn", "Ufa" və "Zenit"in də formasını geyinib. O, Rusiya millisində 7 oyuna çıxıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right