"Yuventus" serbiyalı forvardını satmağa hazırdır

"Yuventus"un hücumçusu Duşan Vlahoviç yay "transfer pəncərəsi"ndə komandanı tərk edə bilər.

Newsport.az "Calciomercato.it" portalına istinadən xəbər verir ki, Turin klubu 80-90 milyon avro qarşılığında onunla yollarını ayırmağa hazırdır. 

İtaliya klubu büdcəni optimallaşdırmaq üçün belə bir addım atmağı planlaşdırır. 

Vlahoviçin "Çelsi" və "Mançester Yunayted"in maraq dairəsində olduğu iddia edilir.

Bu mövsüm Duşan A Seriyasında 11 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right