Ronaldo keçmiş komanda yoldaşlarını tətilə dəvət etdi

"Mançester Yunayted"lə müqaviləsi ləğv olunduqdan sonra "Əl-Nəsr"ə (Səudiyyə Ərəbistanı) keçən Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb.

Newsport.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. 37 yaşlı hücumçu "Mançester Yunayted"dən bir neçə sabiq komanda yolaşını vida tətilinə dəvət edib. 

Həmin futbolçular arasında Harri Maquayr, Bruno Fernandeş, Kazemiro, Rafael Varan var. 

Ronaldobu tətili "Mançester Yunayted"dən problemli bir şəkildə ayrılmasına görə edir. 

Qeyd edək ki, Ronaldo ötən ilin noyabr ayında "Yunayted"dən ayrılıb. O, dekabr ayının 30-da "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right