Caner Erkin İstanbul klubu ilə müqavilə imzaladı

Türkiyənin "Başakşehir" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi Caner Erkini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyə millisinin üzvü ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Caner Erkin son olaraq "Fatih Karagümrük"də çıxış edib. Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right