İngiltərə millisinin üzvü üçün yeni müqavilə

İngiltərənin "Nyukasl" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Kiran Trippyenin sözləşməsinin müddətini uzadıb. 32 yaşlı sağ cinah müdafiəçi 2025-ci ilin yayına kimi "Nyukasl"a məxsus olacaq. 

Qeyd edək ki, "Nyukasl" Kiran Trippyeni ötən ilin yanvar ayında "Atletiko"dan transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 26matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right