Millimizin üzvü oynadı, komandası qələbə qazandı

Futbol üzrə Niderland I Divizionunda 21-ci turun görüşləri keçirilib.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Herakles"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can Kökçü də bu oyunun iştirakçısı olub. 24 yaşlı vinger matça start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib.

Xallarını 39-a yüksəldən "Eyndhoven" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right