"Qalatasaray" Premyer Liqadan hücumçu gətirir

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.


Newsport.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Kristal Pelas"ın hücumçusu Jan-Filipp Matetanı transfer edəcək. "Sarı-qırmızılar" fransalı forvardla razılıq əldə edib. Onun klubu ilə danışıqlar müsbət yekunlaşsa, transfer tamamlanacaq.


Qeyd edək ki, Jan-Filipp Mateta "Kristal Pelas"a ötən ilin yanvar ayında "Maynts"dan transfer olunub. 25 yaşlı futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 3 qol vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right