Premyer Liqa klubu ingilis müdafiəçi transfer etdi

İngiltərənin "Sauthempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Luton"dan Ceyms Breni transfer edib. Bu barədə "Sauthempton"un rəsmi saytı məlumat yayıb. 25 yaşlı sağ cinah müdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Luton" Ceyms Breni 2020-ci ilin yayında "Aston villa"dan transfer etmişdi. İngilis futbolçu cari mövsümdə Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right