"Barselona" seçim qarşısında

Kiyev "Dinamosu"nun yarımmüdafiəçisi Andrey Yarmolenko "Barselona"nın transfer siyahısında yer alıb. 

Newsport.az-ın məlumatına görə, Pedronun gedişindən sonra klub onun mövqeyinə iki futbolçunun namizədliyin nəzərdən keçirir. Bunlar "Selta"dan Nolito və "Dinamo"dan Yarmolenkodu. Hazırda "Barselona" sözügedən oyunçulardan heç biri ilə müqavilə imzalamağı planlaşdırmır. Ancaq komandanın hücum xəttində çıxış edən futbolçulardan kimsə zədələnərsə rəhbərlik bu istiqamətdəki işlərini fəallaşdıracaq.

Nəşrin məlumatına görə, "Barselona" qış "transfer pəncərəsi"nə qədər Nolitonu və Yarmolenkonu izləməyə davam edəcək. Baş məşqçi Luis Enrike heyətdə daha çox gənc futbolçular - Sandro və Munirə şans verəcək. Daha əvvəl bildirilirdi ki, "Dinamo" Yarmolenkonun transferi üçün "Everton"la danışıqlar aparır. "Barsa" artıq Aleiş Vidal ("Sevilya") və Arda Turanla ("Atletiko") heyətini gücləndirib. Bu futbolçular 2016-cı ilin yanvarına qədər meydana çıxa bilməyəcəklər.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right