Ronaldo "Əl-Nəsr"i xilas edə bilmədi

Dünyaca məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldonun da formasını geyindiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Superkubokunda yarımfinal oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda bu mərhələdə "Əl-İttihad"la qarşılaşıb. Görüş "Əl-İttihad"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə "Əl-İttihad" finala yüksəlib. Onlar həlledici oyunda "Əl-Feyha" ilə qarşılaşacaqlar.

Ronaldo bu oyunda meydana start heyətdə daxil olub və sonadək mübarizə aparıb.

Səudiyyə Ərəbistanı Superkuboku, 1/2 final

"Əl-İttihad" - "Əl-Nəsr" - 3:1

Qollar: Romarinyo, 15, Həmdallah, 43, Alşanqiti, 90+4 - Enderson Talişka, 67

"King Fahd International Stadium"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right