Premyer Liqa klubu avstriyalı hücumçunu transfer etmək istəyir

"Everton" Marko Arnautoviçi transfer edə bilər.

Newsport.az-ın məlumatına görə, Mersisayd təmsilçisi Premyer Liqanı tərk etməmək üçün heyətini gücləndirmək məqsədindədir.

İngiltərə klubu buna görə bir neçə transferi həyata keçirmək niyyətindədir. Adıçəkilən komanda avstriyalı üçün "Bolonya"ya rəsmi təklif göndərib. 

İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulan 33 yaşlı forvardın İngiltərəyə yollanıb-yollanmayacağı yaxın günlərdə dəqiqləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right