İspaniya millisinin üzvü Mərakeş yığmasında oynayacaq

"Milan"da çıxış edən Brahim Abdelkader Diaz İspaniya millisində oynamayacaq.

Newsport.az-ın məlumatına görə, müqavilə ilə "Real"a məxsus olan yarımmüdafiəçi Mərakeş millisində oynamaq qərarına gəlib.

Brahim İspaniyada doğulsa da, onun valideynləri Mərakeşdəndir.

Futbolçunun qarşıdakı toplanış zamanı yığmanın düşərgəsinə qoşulacağı gözlənilir.

Diaz 2021-ci ildə İspaniya millisinin heyətində 1 oyuna çıxıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right