Sabiq "Barselona"lı Ərəbistan klubunda

"Barselona"nın sabiq futbolçusu Kristian Tello karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi "Əl Fateh"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tello ilə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Barselona", "Fiorentina", "Betis" kimi klublarda çıxış edən ispaniyalı oyunçu son olaraq ABŞ "Los Anceles Qalaksi"sisində oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right