Mahir Emreli "Lokomotiva"ya qarşı oynaya biləcək

"Dinamo"nun azərbaycanlı hücumçusu Mahir Emreli bu gün kollektivlə məşqə çıxıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu belindəki ağrı səbəbi ilə  əvvəlki iki məşqi buraxmışdı. 

Zədəsini sağaldan 25 yaşlı forvard bu gün komandanın məşqinə qatılıb.

Heç bir problem yaranmazsa, Mahir iki gün sonra ölkə çempionatının “Lokomotiva”ya qarşı keçiriləcək görüşündə meydanda ola biləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right