Ramos İspaniya millisinə qayıda bilər

PSJ-nin futbolçusu Serxio Ramos İspaniya millisinə qayıda bilər .

Newsport.az-ın məlumatına görə, millinin baş məşqçisi Luis de la Fuente millinin ən təcrübəli futbolçuları ilə kapitanlıq üçün keçirəcəyi görüşlər çərçivəsində PSJ-nin müdafiəçisi ilə danışacaq.

İspaniya yığmasının heyətində ən çox oyun keçirən (180) Ramos mart ayında Norveç və Şotlandiya ilə keçiriləcək Avro-2024-ün seçmə mərhələsinə çağırıla bilər. Lakin bu, onun qarşıdakı həftələrdə necə çıxış etməsindən asılı olacaq.

Serxio İspaniyanın qarşıdakı oyunlar üçün heyətinə daxil olmasa, kapitanlığa Xordi Alba (91 oyun), Koke (70), Alvaro Morata (61) və Sezar Aspilikueta (44) namizəd olacaq .

Ramosun İspaniya ilə son oyunu təxminən iki il əvvəl olub. 2021-ci ilin martında o, DÇ-2022-nin seçmə mərhələsində Kosovo ilə matçda (3:1) iştirak edib. 36 yaşlı müdafiəçi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının iştirak ərizəsinə daxil edilməyib.

Ramos bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right