Millətlər Liqasının formatında dəyişiklik

UEFA Millətlər Liqasının formatını əlavə pley-off mərhələsi ilə genişləndirəcək .

Newsport.az-ın məlumatına görə, Avropa Futbol Assosiasiyaları İttifaqının İcraiyyə Komitəsinin İclasından sonra həm A Liqasının qruplarının qalibləri, həm də ikinci yerləri tutan komandaların mübarizə aparacağı 1/4 final mərhələsinin əlavə edilməsi qərara alınıb. Komandalar iki oyun keçirəcək - evdə və səfərdə. Bu tur mart ayında keçiriləcək.

A Liqasında üçüncü yeri tutanlar B Liqasının ikinciləri, B Liqasında üçüncü olanlar isə C Liqasının ikinciləri ilə aşağı diviziona düşməmək və ya əksinə, yuxarı liqaya qalxmaq uğrunda pley-off matçları oynayacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right