İtaliya A Seriyasının lideri olan "Napoli" heyətini yeni qapıçı ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Neapol təmsilçisi "Atalanta"dan Pyerluici Qollinini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Napoli" 27 yaşlı qolkiperi 1,5 illik icarəyə götürüb. Klublar arasında imzalanan müqavilədə satınalma maddəsi var.
Qeyd edək ki, Pyerluici Qollini mövsümün ilk yarısını icarə əsasında "Fiorentina"da keçirib. İtaliyalı "əlcək sahibi" Florensiya təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.