"Tottenhem" "Vilyarreal"ın futbolçusunu transfer etdi

İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi "Vilyarreal"dan Arno Danjumanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı vinger mövsümün sonuna kimi icarə əsasında "Tottenhem"də çıxış edəcək.

Qeyd edək ki, "Vilyarreal" Arno Danjumanı 2021-ci ilin yayında "Bornmut"dan transfer edib. Niderlandlı futbolçu cari mövsümdə İspaniya klubunun heyətində meydana çıxdığı 17 rəsmi matçda 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right