"Sumqayıt"dan ayrılan futbolçu Portuqaliya klubunda

Qış fasiləsində "Sumqayıt"dan ayrılan Filipe Çabi karyerasını Portuqaliyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi ölkəsinin "Belenenseş" klubuna keçib. Bu barədə III Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Filipe Çabi "Sumqayıt"a mövsümün əvvəlində transfer olunmuşdu. Portuqaliyalı futbolçu "kimyaçılar"ın heyətində 16 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right