UEFA köklü dəyişiklərə hazırlaşır

UEFA milli komandalar arasında keçirilən turnirlərlə bağlı islahatlara hazırlaşır.

Newsport.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində qurumun İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda qitə miqyaslı yarışlarda islahatlarla bağlı müzakirələr aparılacaq.

Bunlardan birincisi, dünya çempionatı üçün yeni seçim sistemidir. 2026-cı ildən mundialda 16-sı Avropadan olmaqla 48 komanda iştirak edəcək. Bununla bağlı UEFA seçmə mərhələnin formatını dəyişməyi planlaşdırır.

Seçmə mərhələdə 4 və ya 5 komandadan ibarət 12 qrup yaradıla bilər. Bu sistemlə qruplarda birinci yeri tutan komandalar dünya çempionatına birbaşa vəsiqə qazanacaq, qalan 4 yer isə pley-off oyunlarından sonra müəyyənləşəcək. Bu, nəzərdən keçirilən yeganə variant deyil, lakin hansısa dəyişiklik matçların sayının azaldılmasını nəzərdə tutacaq.

UEFA Millətlər Liqasının formatında dəyişiklik etməyi də nəzərdən keçirəcək. Əvvəllər A Liqasının qruplarında birinci yeri tutan komandalar “Dördlər finalı”na vəsiqə əldə edirdisə, indi ikinci yeri tutan komandaların da iştirak edəcəyi pley-off mərhələsi yarana bilər.

UEFA Avropa çempionatını 32 komandaya qədər genişləndirməkdən imtina edib. Yeni formatın 2028-ci ildən tətbiqi planlaşdırılırdı, amma UEFA bu ideyanı qəbul etməyib. Belə bir formatın turnirin əhəmiyyətini və nüfuzunu aşağı salacağı ehtimal olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right