“Lokomotiv”in hücumçusu Vilson İzidor “Fənərbaxça”nın transfer siyahısındadır.
Newsport.az “Fotospor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rusiya klubunun forvardı üçün hərəkətə keçib.
“Fənər” adıçəkilən forvardı bu qışda transfer etmək niyyətindədir.
22 yaşlı hücumçu “Renn”, “Monako”, “Laval”, “Bastiya-Borqo” klublarında oynadıqdan sonra 2022-ci ildə “Lokomotiv”ə keçib.