"Seltik"də oynamış forvardı Azərbaycan klubları istəmədi

"Portsmut" və "Seltik" kimi klublarda oynamış Nadir Çiftçi karyerasını Azərbaycanda davam etdirmək şansına sahib olub.

Newsport.az saytına verilən məlumata görə, 30 yaşlı forvard bu qış Premyer Liqadakı üç təmsilçimizə təklif olunub. Amma Çiftçinin xidmətində maraqlı olan klub tapılmayıb. 

"Portsmut”, “Kayserispor”, “NAK Breda”, “Dandi Yunayted”, “Seltik”, “Eskişehirspor”, “Poqon”, “Motervel”, “Gənclərbirliyi”, “Rizəspor”, “Samsunspor”, “Ankaragücü” klublarında çıxış etmiş təcrübəli hücumçu son olaraq Yunanıstanda “Makedonikos”da oynamışdı. Azərbaycana gəlişi alınmayınca, forvard Türkiyə aşağı liqa təmsilçisi “İskenderunspor”la anlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right