Modriçə 40 milyon avroluq təklif

“Əl-Nəsr” daha bir ulduzu heyətinə qatmaq istəyir. Səudiyyə Ərəbistanı klubu indi də Luka Modriçə rəsmi təkilf göndərib.

Newsport.az xəbər verir ki, Kriştianu Ronaldonu transfer etməsi ilə yadda qalan klub, xorvat yarımmüdafiəçiyə ilinə 40 milyon avro qazanması şərti ilə ikiillik anlaşma təklif edib. “Real”da oynamağa davam edən Luka ərəblərə heç bir cavab verməyib.

Modriç karyerasını Madriddə bitirmək istəyir. Lakin son vaxtlar “Real”da ona maraq azalıb. İspaniya klubu mövcud anlaşmanı daha bir mövsümlük uzatmaq istəsə də, hazırda danışıqlar dayanıb. “Kral klubu” gənc futbolçulara üstünlük verdiyindən, ola bilər ki, xorvatla yayda yollarını ayırsın.

Səudiyyə Ərəbistanı klubu da bu məqamdan istfadə etmək niyyətindədir. Onlar yüksək məbləğdə maaş təklifinin yarımmüdafiəçinin diqqətini çəkəcəyinə əmindir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right