"Mançester Siti"nin futbolçusu Erlinq Haaland yeni rekorda imza atıb.
Newsport.az xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 21-ci turunda "Vulverhempton"la matçda (3:0) 3 qol vurmaqla nail olub. Bu, 22 yaşlı hücumçunun "şəhərlilər"də 4-cü het-trikidir. Haaland belə nəticəni 19 matçda bacarıb. Beləliklə, Haaland 4 het-trik həddinə ən tez çatan futbolçu adını qazanıb. Norveçli forvard niderlandlı Rud van Nistelroyun "Mançester Yunayted"də oynayarkən imza atdığı rekordu yeniləyib (65 matçda 4 het-trik).
3-cü sırada Luis Suares (81 oyun), 4-cü yerdə Alan Şirer (86 oyun), 5-ci pillədə isə Robbi Faulerdir (89 oyun).