"Bavariya" Erik Çoupo-Motinqlə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Newsport.az xəbər verir ki, 33 yaşlı hücumçuya yeni müqavilə təklif edilib. Bu barədə klubun idman direktoru Hasan Salihamiciç “Bild”ə açıqlamasında bildirib:
"Erikin nümayəndələri ilə yaxşı münasibətimiz var. Onun qalmasını istəyirik. Özü də komandada qalmaq istədiyini söylədi. Şupo hazırda çox yaxşı formadadır. Onun bu cür performansını görmək xoşdur".
Kamerunlu hücumçunun Münhen təmsilçisi ilə müqaviləsi 2023-cü il iyunun 30-na qədərdir.