"Everton" rəhbərliyi Frenk Lempardı baş məşqçi postundan uzaqlaşdırmağa hazırlaşır.
Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə klubu nəticələrdən narazı qaldığı üçün bu addımı atacaq.
Rəhbərliyin artıq bu qərarında qəti olduğu və yaxın saatlarda hadisənin gerçəkləşəcəyi gözlənilir.
44 yaşlı mütəxəssis 2022-ci ildə “Eveton”a baş məşqçi təyin olunub.
"Everton" 20 turdan sonra 15 xalla 19-cu pillədədir.