İbrahimoviç “Milan”da qalacaq bu dəfə klub rəsmisi kimi

Zlatan İbrahimoviç İtaliyadan ayrılmayacaq. O, bundan sonra da Milan sakini olaraq qalacaq.

Newsport.az xəbər verir ki, şəhərin eyniadlı klubunda karyerasını davam etdirən isveçli hucumçunun karyerasını davam etdirməsi mümkünsüzdür. Əməliyyat olunan Zlatan uzun müddətdir meydana çıxa bilmir. Onun hətta fevralda da heyətə qayıda bilməyəcəyi proqnozlaşdırılır.

“Milan” rəhbərliyi bir müddət öncə futbolçuya yeni müqavilə təklif etmək istəyirdi. Lakin onun özü də davam edə bilməyəcəyini anladığından danışıqlar dayandırılıb. “Rossonyerlər” isə İbrahimoviçin xidmətlərini dəyərləndirmək niyyətindən vaz keçməyib. Zlatan mövsümün sonunda karyerasını bitirən kimi klubda hansısa posta təyin olunacaq. Hazırda ona uyğun fəaliyyət sahəsi axtarılır, uyğun vəzifədə əyləşməsi üçün məsləhətləşmələr aparılır.

“Milan”ın son çempionluğunda önəmli rol oynayan isveçli, artıq 3 ildir klubdadır. O, daha öncə də iki mövsüm bu klubda çıxış edib. İbrahimoviç İtaliyada həmçinin “Yuventus” və “İnter”in formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right