"Arsenal" Premyer Liqada 3 klubun nailiyyətini təkrarlayıb

"Arsenal" klubu İngiltərə Premyer Liqasında yeni nailiyyətə imza atıb.

Newsport.az məlumatına görə, "topçular" buna XXI turda "Mançester Yunayted"i evdə 3:2 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

London təmsilçisi 19 qarşılaşmadan sonra 50 xalla turnir cədvəlinə başçılıq edir. Mikel Artetanın baş məşqçi olduğu kollektiv yarım mövsümdə 50 və daha çox xal toplayan dördüncü komanda olub.

Əvvəllər "Mançester Siti" (2017/2018 mövsümündə 55 xal), "Liverpul" (2018/2019 - 51 xal, 2019/2020 - 55 xal) və "Çelsi" (2005/2006 - 52 xal) bunu bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right